Azərbaycanlı tələbələrə təhsil müddətini bitirənə qədər hərbi xidmətdən möhlət hüququ veriləcək
2021-03-15 12:05
Ukraynada təhsil alan azərbaycanlı tələbələrə təhsil müddətini bitirənə qədər hərbi xidmətdən möhlət hüququ veriləcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Trendə bildirilib ki, xarici ölkələrdə ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, rezidenturada əyani təhsil alanlara tədris müddəti bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Onlar təhsil almaları barədə sənədi Xidmətin yerli struktur bölmələrinə təqdim etməlidirlər.
Vüsalə camal