Azərbaycanlı Türkiyədə qəzaya uğrayıb
Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu dayanacağa çırpılıb. Hadisə nəticəsində dayanacaqda duran 1 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Qəzada yaralananlardan biri Azərbaycan vətəndaşı Əhməd Rzayevdir. Məlumata əsasən, avtobusun sürücüsü polislər tərəfindən saxlanılıb. Qəzanın səbəbi araşdırılır.
Nərgiz Camalzadə