Azərbaycanlı qrossmeysterin mübarizə aparacağı şahmat üzrə onlayn Millətlər Kubokunun püşkatması keçirilib
2020-05-05 12:07
Mayın 4-də azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da mübarizə aparacağı şahmat üzrə onlayn Millətlər Kubokunun püşkatması keçirilib. Onlayn turnirin birinci turunda qarşılaşacaq komandalar müəyyənləşib. Şahmatçımızın da yer aldığı dünya yığması bu gün birinci raundda Çin komandası ilə üz-üzə gələcək. Yarışın qrup mərhələsi 5-9 mayda, final mərhələsi isə ayın 10-da baş tutacaq.
Vəfa Şairova