"Azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik" - Türkiyə Prezidenti
Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün tarixi fürsət pəncərəsi açılıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan bölgədəki nəqliyyat kommunikasiyaların ən qısa zamanda açılmasının hər kəsin rifahına qatqı olacağını vurğulayıb.