Azərbaycanlı qardaşlarımızın dəstəyilə milli komandamız 1/8 finala vəsiqə qazanacaq" TFF prezidenti
2021-04-17 14:10
"İyunun 11-də Romada İtaliya ilə oyunumuza çıxdıqdan sonra hamımız birlikdə Bakıya gələcəyik". Bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir mətbuata açıqlamasında deyib. Bakida azarkeşlərin də dəstəyilə 1/8 finala çıxacaqlarına inandığını bildirən federasiya rəhbəri, azərbaycanlı futbolçuların Türkiyədə yerli oyunçu statusu ilə çıxış etmələri məsələsinə də münasibət bildirib: "Biz azərbaycanlı qardaşlarımızın Türkiyə liqalarında oynamalarını çox arzulayırıq. Birgə qərar verilərsə, azərbaycanlı qardaşlarımız Türkiyə çempionatında əcnəbi statusunda deyil, yerli futbolçu kimi oynada bilərik" deyə o sözlərinə əlavə edib.
Vüsalə Camal