Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar nəticəsində insan alveri cinayətində təqsirləndirilən iki nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.Təqsirləndirilən şəxslər qadınları “işə düzəltmək” adı ilə aldadaraq xarici ölkəyə aparıb, daha sonra onları hədə-qorxu və məcburetmə yolu ilə cinsi istismara məruz qoyublar. Zərərçəkənlərin sənədlərinin alındığı və nəzarət altında saxlanıldığı bildirilib.Digər təqsirləndirilən şəxs isə “Telegram” və internet platformaları vasitəsilə qadınları fahişəliyə cəlb edib, platformadan çıxmaq istəyənləri rüsvayedici materiallar yaymaqla hədələyib. Onun cinayət yolu ilə əldə etdiyi gəlirin bir hissəsini kriptovalyuta vasitəsilə xaricdəki cinayət qruplarına göndərdiyi müəyyən edilib.THər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, insan alveri ilə bağlı hallarla üzləşən şəxslər 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edənlərin məlumatları tam məxfi saxlanılır.
14 aprel 2026

