Azərbaycanlı idmançı qələbəsini anlamlı jestlə qeyd edib
2021-01-29 10:10
Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən "World Indoor Tour" turnirində gümüş medal qazanıb. Üç təkanla tullanma növündə mübarizə aparan idmançı 16,76 metr nəticə göstərib. Fəxri kürsünün ikinci pilləsinə qalxan Babayev qələbəsini anlamlı jestlə qeyd edib. O, Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qələbəni onlara həsr etdiyini göstərib.
Fərid Mehdiyev