Azərbaycanlı həkimlər Türkiyədə koronavirusla əlaqədar təlim keçəcəklər
2020-04-01 18:00
Türkiyənin müxtəlif tibb müəssisələrində işləyən Azərbaycan vətəndaşları olan həkimlər və tibb işçiləri 1-14 aprel tarixlərində Ege Universitetində təlim keçəcəklər. Təlimlər Azərbaycan tərəfinin Türkiyənin Səhiyyə Nazirliyinə müraciəti əsasında təşkil olunacaq. Həmin şəxslər aprelin 14-də Azərbaycana yola salınacaq və burada tibb işçilərinə infeksiya nəzarəti, xəstə baxımı, təşkilatçılıq kimi məsələlərlə bağlı 3 aylıq təlimlər təşkil edəcək.
Fərid Mehdiyev