Azərbaycanlı gimnastlar Avropa çempionatında daha bir medal qazanıblar
2021-10-04 12:00
Azərbaycanlı idmançılar Ağasif Rəhimov və Raziyə Seyidli İtaliyada keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında daha bir medal qazanıblar. Onlar qarışıq cütlüklər proqramında temp hərəkətləri üzrə bürünc medala sahib olublar. Bundan əvvəl idmançılar çoxnövçülükdə gümüş medal qazanmışdılar.
Vüsalə camal