Azərbaycanlı futbolçu koronavirusa yoluxub
2020-10-06 18:08
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Fərid Nəbiyev millinin toplanışında iştirak edə bilməyəcək. Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən futbolçu bu gün Slovakiyada milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində Covid-19 testi verən futbolçunun testi pozitiv nəticələndiyi üçün Çexiyadan Slovakiyaya yollanmayıb.
Nərgiz Camal