Azərbaycanlı funksioner beynəlxalq gimnastika federasiyasının prezidenti ola bilər
2021-06-12 14:10
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə namizədlərin adları açıqlanıb. Onlardan biri Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbovdur. Digər namizəd isə qurumun hazırkı rəhbəri olan yaponiyalı Morinari Vatanabedir. Yeni prezident bu il noyabrın 6-da Beynəlxalq Gimnastika Federasiyasının Antalyadaki 83-cü Konqressində seçiləcək.
Fərid Mehdiyev