Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb

2019-10-09 16:07

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. UEFA ona AVRO-2020-nin seçmə mərhələ görüşünü həvalə edib. Belə ki, Ağayev Farer adaları ilə Rumıniya arasındakı qarşılaşmada ədalət təmsilçisi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. F qrupu çərçivəsində keçiriləcək Farer adaları - Rumıniya görüşü oktyabrın 12-də oynanılacaq.

Ruhəngiz Hacızadə