2021-05-20 16:09
Baş Prokurorluq Qarabağda əsir götürülən azərbaycanlılara işgəncə verən terrorçular barədə məlumat yayıb. İstintaqla müəyyən edilib ki, Ermənistan vətəndaşı 42 yaşlı Mkrtiçyan Mkrtiçoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək müxtəlif vaxtlarda azərbaycan vətəndaşlarına işgəncə verib və avomat silahdan atəş açaraq hərbi qulluqçunu öldürüb. Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib. Aparılan istintaq tədbirləri nəticəsində 54 yaşlı Alyoşa Xosrovyanın da 5 nəfər azərbaycanlıya əsirlikdə olarkən işgəncə verməsi, onlarla qeyri-insani rəftar etməsi müəyyən edilib. O, Azərbaycan ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci ildə hərbçilərimiz tərəfindən saxlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Nərgiz camal