Azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarlarının növbəti məhkəməsi iyunun 16-na təyin edilib
2021-06-09 14:00
Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə iclası keçirilib. Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra zərərçəkmişlər ifadə verərək təqsirləndirilən hər iki şəxsin onlara əsirlikdə amansız işgəncələr verdiyini bildiriblər. Təqsirləndirilən şəxslər isə hələlik ifadə verməkdən imtina ediblər. Növbəti məhkəmə prosesi iyunun 16-na təyin edilib.
Vüsalə Camal