Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 5 vaqon buğda göndəriləcək.Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
24 aprel 2026

