FHN-in Mobil səhra hospitalı artıq Kahramanmaraşa çatıb və hospitalın quraşdırılması prosesi həyata keçirilir. Hospitalda Nazirliyin 41 nəfər tibb heyəti fəaliyyət göstərəriləcək. *** Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. *** “Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, onların arasında 3-4 nəfər Türkiyə vətəndaşı da var. "Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar” - deyə nazirlik rəsmisi bildirib.