Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. 370 nəfərdən ibarət heyətə uçuşdan əvvəl müvafiq təlimatlar verilib. Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu da göndəriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Fövqəladə Halların İdarə Olunması qərargahına gələrək zəlzələ bölgəsində xilasetmə işlərinə nəzarəti öz üzərinə götürüb. Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ 10-a yaxın bölgədə hiss edilib. Son məlumata görə, 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina dağılıb.
Nərgiz Camalzadə