Azərbaycandan Gürcüstana qanunsuz keçən dörd nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Azərbaycanla sərhəddə, Laqodexi bölgəsində həyata keçirdiyi əməliyyat zamanı 4 əcnəbi vətəndaş — 2002–2005-ci il təvəllüdlü şəxsləri Azərbaycan ərazisindən qanunsuz şəkildə Gürcüstana keçməyə çalışarkən saxlayıb. Faktla bağlı istintaq aparılır.

