Azərbaycandan Avropa parlamentinin üzvlərinə rəsmi etiraz
2020-02-03 16:07
XİN Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, AP-nin Ermənistan və Azərbaycan üzrə daimi məruzəçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanatın verilməsini şərh edib. Vurğulanıb ki, bu, AP üzvlərinin bölgədə mövcud olan cari vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir. Azərbaycan ərazi bütövlüyünü təmin edib və müvafiq qətnamələrin həyata keçirilməsini təkbaşına təmin edib. Mədəni irs məsələsinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur.
Nərgiz camal