Azərbaycanda Zəfər Günü qeyd olunur

Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik