Canlı
Azərbaycanda yeni avtomobil zavodu açılacaq

2018-03-12 / 16:01

İran Azərbaycanın ixracat imkanlarından istifadə edir. Tezliklə Azərbaycanda birgə avtomobil istehsalı zavodu açılacaq. İlkin mərhələdə ildə 10 min avtomobilin istehsalı nəzərdə tutulur. Bu zavodun səhmlərinin 25%-i İrana, 75%-i Azərbaycana məxsusdur deyən İranın mədənlər, ticarət və sənaye nazirinin müavini Müctəba Xosrovtac bildirib ki, İran şirkətləri Azərbaycanda kənd təsərrüfatına maraq göstərirlər və əkin sahələrindən istifadə etməyə hazır olduqlarını bəyan ediblər.

Vüsalə Camal