Azərbaycanda yaxın günlərdə zəlzələnin başvermə ehtimalı varmı?
"Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur". Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Türkiyədəki zəlzələ Azərbaycanla sərhəddən təxminən 700-800 km aralıda baş verib və bu uzaqlıqda baş verən zəlzələ ölkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz. Türkiyədəki zəlzələ Naxçıvan və Lənkəranda bəzi vətəndaşlar tərəfindən hiss olunub.
Nərgiz Camalzadə