Azərbaycanda Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür, Prezident İlham Əliyev bununla bağlı paylaşım edib
2021-05-28 10:00
Bu gün Azərbaycanda Respublika Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1991-ci ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb. 28 may ölkədə qeyri-iş günüdür.
Fərid Mehdiyev