Azərbaycanda vaksinləmə gələn ilin əvvəlində başlanacaq
2020-12-18 18:00
"Vaksinləmə strategiyasını hazırlamışıq. Əsas meyar vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı onu da bildirib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə üzrə laboratoriyaların sayını 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim edilib.
Nərgiz Camal