Azərbaycanda Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq
2021-02-10 12:05
Səhiyyə Nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq. Hər bir vətəndaş bura müraciət edərək tibblə bağlı istənilən sorğusunu ünvanlaya biləcək. Səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə bunun vətəndaşların problemlərinin həllinin operativ şəkildə cavablandırılmasına hesablandığını bildirib. Nazir onu da qeyd edib ki, səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı 5 illik dövrü əhatə edəcək strategiya hazırlanır.
Nərgiz camal