Canlı
Azərbaycanda təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olan nigeriyalı saxlanılıb

2018-02-09 / 14:04

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 2 nəfər Hindistan, 1 nəfər Pakistan və 3 nəfər Nepal vətəndaşı saxlanılıb. Eyni zamanda keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 1 nəfər Nigeriya Federativ Respublikasının vətəndaşı Azeez Olalekan Kareem saxlanılıb, əcnəbinin təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğu məlum olub. Onun Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılması təmin edilib.

Ruhəngiz Hacızadə