Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb
2021-03-25 18:05
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib. Ölkədə indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir. Son sutkada 8 760 test aparılıb.
Nərgiz Camal