Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar 2 il müddətinə dayandırılır

Bu gün Prezident İlham Əliyev tərəfindən, qanunvericilik təşəbbüsü qaydasında, Milli Məclisə, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan, qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar, 2 il müddətinə dayandırılır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən, “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.

Vəfa Şairova