Azərbaycanda süni intellekt platforması istifadəyə verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən “E-qanun.ai” platforması istifadəyə verilib. “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası məqsədilə hazırlanan bu süni intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan təbii dil emalı istiqamətlərinin gücləndirilməsi tədbirlərindən biridir.