Azərbaycanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq
Azərbaycanda Qurban bayramı ilə əlaqədar bu il Naxçıvan da daxil olmaqla ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.AQTA-dan verilən məlumata görə, məntəqələrin 76-da həm satış, həm də kəsim, 27-də yalnız satış, 31-də isə yalnız kəsim xidməti göstəriləcək.Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik qaydalara uyğun kəsilmiş heyvanlar əhaliyə təqdim olunacaq. Bəzi regionlarda isə səyyar heyvan kəsimi çadırları qurulacaq.Bundan əlavə, iri ticarət şəbəkələri tərəfindən bayram günlərində sifariş əsasında qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması da nəzərdə tutulur.Azərbaycanda Qurban bayramı mayın 27-28-də qeyd olunacaq.
13 may 2026

