Azərbaycanda quş qripinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Azərbaycanda quş qripinin qarşısının alınması məqsədilə mayın 18–22-də növbəti epizootoloji monitorinq aparılacaq.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, monitorinq zamanı risk əsasında seçilmiş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizkənarı zonaları, eləcə də digər ərazilər yoxlanılacaq. Vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkarlanması üçün nümunələr götürüləcək.Müxtəlif rayonlardakı quşçuluq müəssisələri və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik analiz üçün nümunələr toplanacaq. Su hövzələri və parklar da nəzarətdə saxlanılacaq.
21 aprel 2026

