Azərbaycanda qrip əleyhinə peyvəndləmə başlayıb
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq, qrip əleyhinə peyvəndləmə prosesi oktyabrın ikinci həftəsindən etibarən başlayıb. Bu il ölkəyə Fransa istehsalı olan “Sanofi Pasteur” peyvəndləri gətirilib. TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva bildirib ki, peyvəndlər hazır halda gətirilib və tətbiqi rahatdır. Peyvəndləmə könüllü əsaslarla həyata keçirilir.