Azərbaycanda prezident seçkiləri ilə bağlı bülletenlərin çapına başlanılıb
Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir. MSK sədri Məzahir Pənahov 6 milyon 524 min 203 seçki bülleteni çap edilməsinin nəzərdə tutulduğunu bildirib. Seçki bülletenləri qanunvericiliyin tələblərinə uyğun dairə seçki komissiyalarına və məntəqə seçki komissiyalarına veriləcək.
Fərid Mehdiyev