Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
2021-06-01 16:09
Abşeron Rayon Mühafizə İdarəsinin polisi İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb. DİN-nin məlumatına görə, polis əməkdaşı dərhal nazirliyin Hospitalına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Vüsalə camal