Canlı
Azərbaycanda polis 1 milyon saxta rus rublunu satmaq istəyən şəxsləri saxladı

2019-01-10 / 14:06

Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev 1 milyon saxta rus rublunu 8000 manata satmaq istəyən zaman saxlanılıblar. Ekspertizaya təqdim edilən 500-lük banknotların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Faktla bağlı cinayət işi başlanıb. Ələkbərov və Musayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Ruhəngiz Hacızadə