Azərbaycanda peyvəndləmə elektronlaşdırılacaq
2020-12-23 18:02
"Ölkəmizdə vaksinasiya strategiyası hazırlanır. Birinci mərhələdə ən yüksək risk qrupu olan səhiyyə işçilərinin və 65 yaşdan yuxarı olan vətəndaşların peyvənd olunması nəzərdə tutulur. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı onu da bildirib ki, vaksinasiya pulsuz və könüllülük prinsipi əsasında aparılacaq. Koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvəndləmədən keçən şəxslərə onun çap versiyası da veriləcək.
Vüsalə Camal