Azərbaycanda payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb
Aqrar Kredit və İnkişaf Agentliyi 2025–2026-cı əkin ili üzrə subsidiya ödənişlərinin ilkin mərhələsinə start verib. Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən agentlik payızlıq əkinlər üzrə 217 min 617 fermerin kartına 77 milyon 154 min manat köçürüb. Ödənişlər 391 min hektar ərazini əhatə edir.Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yoxlamalar davam edir, ödənişlər mərhələli şəkildə həyata keçirilir.
17 fevral 2026

