Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb
2020-02-05 10:04
“Azərbaycanda ümumilikdə 52 718 bədxassəli onkoloji xəstə rəsmi qeydiyyatdadır”.Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimli bildirib ki, həmin xəstələrdən 18 578-i 5 ildən yuxarı yaşayan şəxslərdir. Qadınlarda süd vəzisi və uşaqlıq boynunun xərçəngi geniş yayılıb. Kişilərdə isə ağciyər, traxeya və prostat vəzinin xərçənginə daha çox rast gəlinir.
Vəfa Şairova