Azərbaycanda mina probleminə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
2021-03-30 18:05
Bütün dünyada sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan mina probleminin qlobal müstəvidə müzakirəsi, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin beynəlxalq miqyasda tanıdılması, bu sahədə mövcud olan çağırış və imkanların birgə müzakirəsi məqsədilə Azərbaycanda beynəlxalq konfrans baş tutacaq. Konfrans 31 mart və 1 aprel tarixlərində ANAMA və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçiriləcək.
Nərgiz camal