Canlı
Azərbaycanda milli valyutada əmanətlərin həcmi artmaqda davam edir

2018-03-07 / 18:11

2018-ci ilin yanvar ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7,497 mlrd. manat təşkil edib ki, bunun da 2 mlrd. 529,6 mln. manatı milli valyuta, 4 mlrd. 967,4 mln. manatı isə xarici valyuta ilə yerləşdirilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2017-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 74,13% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 21,1% azalma var.

Vüsalə Camal