Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
2021-06-15 10:09
Azərbaycanda 15 iyun Milli Qurtuluş Günü kimi qeyd edilir. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı. 1993-cü ilin yayında vətəndaş müharibəsi təhlükəsi var idi. Vətənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edən ulu öndər Heydər Əliyev Bakıya gəldi və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Vüsalə Camal