Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır
“Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.Yeni yaradılan Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatlarla bağlı şikayətləri araşdıracaq.Agentlik fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və qorunmaması nəticəsində hüquqları pozulan şəxslərin müraciətlərinə baxacaq.
Qurum həmçinin dövlət orqanları, hüquqi və fiziki şəxslərdən “Fərdi məlumatlar haqqında” qanunun tələblərinin pozulmasının aradan qaldırılmasını tələb edə biləcək.Bundan başqa, Agentlik sifariş əsasında fərdi məlumatların qorunması sistemlərinin auditini də həyata keçirəcək.

