Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən milli prinsiplər və mənəvi dəyərlərin əhəmiyyətindən danışıb.Azərbaycanda milli dəyərlərə, ənənələrə və həyat tərzinə sadiqlik əsas istiqamətlərdəndir.Cəmiyyətdə bu dəyərlərə zərər vurmağa yönələn cəhdlər mənfi qarşılanır.TDT ölkələrində milli özünüdərk və milli prinsiplər ön planda olmalıdır.Prezident, həmçinin gənc nəslin vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayıb.Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır.
17 sentyabr 2026

