Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib
Azərbaycanda silah-sursat istehsalı və satışı Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb. Həmcinin məhkumlara videogörüşlər keçirmək hüququ verilib bu, dövlət başçısının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.