"Azərbaycanda mədəni iqtisadiyyat: Şuşa - inkişaf impulsları"
"Bu gün biz işğaldan azad edilmiş ərazilərin fiziki bərpası ilə yanaşı, Qarabağın tarixi irsinin, mədəniyyətinin, dəyərlərinin və adət-ənənələrinin bərpası istiqamətində də fəal işləyirik". Mədəniyyət naziri Anar Kərimov "Azərbaycanda mədəni iqtisadiyyat: Şuşa - inkişaf impulsları" mövzusunda keçirilən tədbirdə vurğulayıb ki, Azərbaycanın bu təşəbbüsü həyata keçirmək üçün hər cür imkanları var.