Azərbaycanda koronavirusun yeni ştammının yayılması təsdiq edilməyib
Hazırda koronavirusun yeni ştamı- Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur. Bunu Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov deyib. Qonşu ölkələrdə donuz qripinin yayılmaqda olduğunu qeyd edən mütəxəssis ölkəmizdə epidemioloji vəziyyətin diqqətlə izlənildiyini söyləyib. Və ölkə ərazisində donuz qripi virusu aşkarlanmadığnı vurğulayıb.