Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını 2 dəfəyədək üstələdi
2020-04-16 18:00
Azərbaycanda koronavirusa 30 yeni yoluxma halı qeydə alınıb. Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 56 nəfər evə buraxılıb və 2 nəfər vəfat edib. Onlardan 74 yaşlı şəxsin xroniki ürək çatışmazlığı, 59 yaşlı digər şəxsin isə limfoleykoz xəstəliyi olub. Bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların ümumi sayı 1 283 nəfərə çatıb. Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər isə ölüb. Xüsusi rejimli xəstəxanalarda müalicə olunan 808 nəfərdən 28-nin vəziyyəti ağır, 33-nün vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Fərid Mehdiyev