Azərbaycanda koronavirusa yoluxanlar peyvənd olunacaqmı?
2021-03-11 12:00
Martın 10-da Azərbaycanda koronavirus infeksiyasına qarşı 11 447 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 436 849 nəfər peyvəndlənmə prosesində iştirak edib. Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, ölkədə hələ ki, COVID-19-a yoluxanların vaksinasiyası nəzərdə tutulmur.
Fərid Mehdiyev