Azərbaycanda koronavirusa yoluxanların sayı 8 minə yaxınlaşıb
2021-02-09 18:09
Azərbaycanda koronavirus infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib. 49 085 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314 test icra olunub. Ölkədə son sutkada 44 505 nəfər vaksinasiya olunub.
Nərgiz camal