Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 500-ü ötdü
2020-10-15 16:06
Azərbaycanda koronavirus infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Nərgiz Camal